Qulagında sırqa et – Mətbəx sirləribackend

Qulagında sırqa et – Mətbəx sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ət bişirərkən dağılmasın deyə, suyuna bir neçə damcı sirkə əlavə edin.
Keksi qəlibdən asan çıxarmaq istəyirsinizsə, 10 dəq. gözləyin.
Sobaya yerləşdirdiyiniz keks qəlibinin yanmasının qarşısını almaq üçün qəlibin altına bir qədər duz tökə bilərsiniz.
Xəmir mayası alarkən mütləq istehsal tarixinə baxın.
Yaş xəmir mayasının paketi qabarıbsa almayın. Çünki yaş maya isti yerdə aktivləşir və qabarmağa başlayır.
Dolmaya əlavə edəcəyiniz düyünü mütləq ilıq suda saxlayıb yumşaldın və nişastasını təmizləmək üçün bir neçə dəfə yuyun. Belə etsəniz, düyünün bərk olmasının qarşısını alarsınız.
Təzə dəniz məhsullarını hava keçirməyən, qapaqlı qabda soyuducuda saxlayın və ən azı iki gün ərzində istifadə edin.
Şorbanı zəif odda bişirməklə ləzzətini artıra bilərsiniz.
Keksi qaşıqla qarışdırırsınızsa, qaşığı südə batırın ki, xəmirin yapışmasının qarşısını alasınız.
Keksin daha yaxşı qabarması üçün yumurtaları ən azı 1 saat əvvəl soyuducudan çıxarın.
Peçenye xəmirinin əlinizə yapışmaması üçün əllərinizi soyuq su ilə isladıb quruladıqdan sonra peçenyeyə şəkil verin.
Makaronu qaynatdığınız sudan bir az ayırıb sousa əlavə etsəniz, sous daha ləzzətli olar.
Tort bişirərkən keks qəlibini qatı yağla deyil, maye yağ ilə yağlayın ki, keksin yanma ehtimalı az olsun.
Plovun sıyıq olmaması üçün düyünü yaxşıca yuyun.
Əgər paxlavanızın kənarının nazik olmasını istəyirsinizsə, paxlavanı oxlovla açarkən kənarlarına barmaqlarınızın ucu ilə basın.

İnterpress.az