Almalı piroqbackend

Almalı piroq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

50 qr un
1 ç.q. darçın
2 ədəd alma
50 qr kərə yağı
50 qr şəkər tozu
40 qr qoz ləpəsi
2 ç.q. şəkər kirşanı
1 yarpaq nanə
1 x.q. fıstıq
50 qr dondurma

Hazırlanması:

Unun üzərinə yumşaldılmış kərə yağı əlavə edilib ovulur. Alma xırda doğranır. Üzərinə xırdalanmış qoz ləpəsi, şəkər tozu, darçın əlavə edilib qarışdırılır. Qarışıq ovulmuş xəmirə qatılıb azacıq yoğrulur. Xəmir yağlı kağız salınmış formaya yayılır. 160 dərəcəyədək qızdırılmış sobada 12-15 dəqiqə bişirilir. Boşqaba şəkər kirşanı səpilir. Üstünə soyudulmuş piroq yerləşdirilib, üyüdülümüş fıstıq səpilir. Hazır piroq dondurma və nanə yarpağı ilə dekor edilib süfrəyə verilir.


İnterpress.az