Sazan balığından – Buğlamabackend

Sazan balığından – Buğlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 kq sazan balığı
1 ədəd baş soğan
150 qr kərə yağı
1 dəstə ispanaq
1 dəstə şüyüd
1 dəstə keşniş
4-5 ədəd pomidor
4-5 ədəd kartof
10 ədəd alça qurusu və ya təzə alça
1 ədəd limon
2 ç.q. sarıkök
200 qr xama
½ st. su
Duz, istiot

Hazırlanması:

Balıq tikələrə bölünür. Kartof, soğan və pomidor halqavarı, kərə yağı xırda, göyərti iri şəkildə doğranır. Limon dilimlənir. Qazana birinci kartof dilimləri düzülür. Üzərinə balıq tikələri yerləşdirilib soğan, kərə yağı, göyərti və alça əlavə edilir. Sonra pomidor və limon dilimləri düzülüb duz, istiot, sarıkök səpilir. Proses iki dəfə təkrarlanır. Sonda ərzaqların üzərinə xama yayılır, su tökülüb zəif odda 35- 40 dəq. bişirilir.


İnterpress.az