Xəmir üçün:
200 qr un
100 qr kərə yağı
1 ədəd yumurta
1-2 x.q. süd
Bir çimdik duz
İçlik üçün:
2 dəstə ispanaq
1 ədəd qırmızı soğan
1 diş sarımsaq
2 x.q. qaymaq
40 qr “Parmezan” pendiri
50 ml bitki yağı
Duz, istiot
Hazırlanması:
Un ələnir. Üzərinə doğranmış kərə yağı qatılıb bıçaqla döyülür. Qarışığa duz, yumurta və süd (soyuq halda) əlavə olunub xəmir yoğrulur. Xəmir kündələnir, strecə bükülüb 30 dəqiqə soyuducuda saxlanır. Xəmir formaya yayılıb, 180 dərəcəyədək qızdırılmış sobada 15 dəqiqə bişirilir. Tartalet soyudulur. Xırda doğranmış soğan və sarımsaq yağda qovrulur. Üzərinə iri doğranmış ispanaq, duz, istiot əlavə olunub qarışdırılır. İçliyə qaymaq və sürtgəcdən keçirilmiş pendir qatılıb qovrulur. Soyudulmuş tartaletin üstünə içlik yayılıb sobaya yerləşdirilir. Tartalet sobada üzü qızaranadək bişirilir. Servis olunan zaman üzərinə süzmə, nanə yarpağı və dilimlənmiş pomidor qoyulur.
İnterpress.az