Heyvalı quzu qabırğasıbackend

Heyvalı quzu qabırğası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 kq quzu qabırğası
2 ədəd heyva
2 ədəd baş soğan
3 x.q. kərə yağı
1 x.q. tomat pastası
1 x.q. narşərab
Duz, istiot

Hazırlanması:

Tava isidilir. Ətin hər iki üzü yüksək odda yağsız qızardılır. Soğan xırda doğranır, üzərinə 2 x.q. kərə yağı əlavə edilib qovrulur. Üzərinə ət əlavə edilib 1-2 dəqiqə birlikdə qızardılır. Tomat pastası suda həll edilib ətin üstünə gəzdirilir. Tavaya ətin üstünü örtəcək qədər su tökülüb bişirilir.
Heyva yuyulur, qabıqlı halda dilimlənir. Heyvanın üzərinə 1 x.q. yağ əlavə edilib 2-3 dəqiqə tavada qovrulur. Ətin üzərinə qovrulmuş heyva, narşərab, duz və istiot əlavə olunub bişirilir.

İnterpress.az