Mətbəx sirləribackend

Mətbəx sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarğıdalıları qaynadarkən daha ləzzətli olması üçün qazana 1 ç.q. şəkər atın.

Balın saf olub-olmadığını bilmək üçün, baldan bir qaşıq götürüb soyuq suda əzin. Su ağarsa, içində un və ya nişasta var deməkdir.

Əllərinizdə yaranan sarımsaq qoxusunu çıxarmaq üçün əllərinizi duzla ovxalayıb ardından sabunla yuyun. Qoxunun getdiyini görəcəksiniz.

Ətlərinizi qızartmadan əvvəl mütləq tavanı qızdırın, ətin otaq istiliyində olduğundan əmin olun. Ətləri davamlı çevirməyin ki, qurumasın.

Yumurtanın təzə olub-olmadığını anlamaq üçün bir qabın içinə duzlu su doldurub yumurtanı suya buraxın. Yumurta qabın dibində üfüqi halda dayanırsa təzədir, suyun üzərindədirsə bayatdır.

Balığı soyuducunun buz gözünə qoymadan əvvəl üzərinə limon sıxın. Buzu açıldıqda yaranan qoxunun təsiri çox azalmış olar.

Ətin yumşaq olmasını istəyirsinizsə, əti bişirmədən əvvəl limon suyuna bulayıb gözlədin. Bir neçə damla limon suyu ilə ət daha yumşaq və ləzzətli olar.

Sobanıza hopmuş pis qoxular üçün sobanızın ortasına yarısı sirkə, yarısı su dolu bir qab qoyun. Sobanızı bir neçə dəqiqə istilədin, sonra soyudun qoxunun yox olduğunu görəcəksiniz.

Cəfəri, şüyüd, nanə kimi çox tez xarab olan yaşıllıqları heç məhv etmədən istifadə etmənin yolu yuduqdan sonra kəsib buzluqda saxlamaqdır. Quru soğanı əvvəldən doğrayıb buzluqda saxlamayın. Dadı ağırlaşar və sulanar.

Holland pendirinin kiflənməməsi üçün əvvəl kağız mətbəx dəsmalına bükün, sonra paketə qoyun.

Hazırladığınız keksin üzərinə əridilmiş şokolad tökəcəyiniz zaman, şokolada bir az kərəyağı qatın. Həm ləzzət verər həm də şokoladı yumşaldar.

Bayatlamış çörəklərin üzərinə su səpin, folqaya büküb 5-10 dəq. sobada isidin. Beləcə təptəzə olacaq.

Kartof pürenizə dəyişik bir qoxu vermək istəyirsinizsə içinə bir miqdar hind qozu atın. Dadının çox dəyişdiyini görəcəksiniz.

Nahar ya da çay saatı üçün hazırladığınız xəmir qızartmalarının daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az toz şəkər qatın.

Qozların qabıqlarını asanca çıxara bilmək üçün onları bir gecə duzlu suyun içərisində gözlədin. Beləcə içləri də dağılmayacaq.

Unun xarab olmamağı üçün, un qabının içərisinə bir ədəd dəfnə yarpağı qoyun.

Böyük miqdarda kartofunuz var isə torbanın içərisinə bir ədəd alma qoyun. 8 həftə boyunca cücərməsini və büzüşməsini önləyər. Kartoflarınızı quru və sərin bir yerdə saxlayın.

İstifadə edilmiş limon qabıqlarını rəndələyib şəkər ilə qarışdırın. Qabın içərisində soyuducunuzda uzun bir müddət saxlaya bilərsiniz. Beləcə tort edərkən əlinizin altında hazır olar.

İnterpress.az