Tərkib:
120 qr basdırma ət
30 qr porçini göbələyi
40 qr şampinyon göbələyi
2 budaq cəfəri
30 ml bitki yağı
10 qr qarışıq istiot
30 qr “Diyon” xardalı
50 qr balqabaq
15-20 qr şəkər tozu
15-20 ml su
Duz
Ətin marinad edilməsi:
Ət nazik doğranır. Üzərinə xardal çəkilir, strecə bükülüb, 3 saat soyuducuda saxlanır.
Salatın hazırlanması:
Tava əvvəlcədən qızdırılıb, içərisinə yağ tökülür. Göbələklər yarımhalqa doğranır, üzərinə duz, istiot səpilib yağda qovrulur. Salata xırda doğranmış cəfəri səpilib qarışdırılır.
Balqabağın karamelləşdiriliməsi:
Balqabaq kubvarı doğranır. Şəkər tozu və su qarışdırılıb qaynadılır. Karamelə balqabaq əlavə olunub bişirilir. Salat boşqabın ortasına qoyulur, kənarlarına basdırma ət dilimləri və balqabaq düzülür.
İnterpress.az