Tərkib:
2 ədəd yumurta qabığı
1 kasa su
1 x.q. alma sirkəsi
½ limon suyu
2 ədəd yumurta ağı
Hazırlanması:
Yumurta suda qaynadılıb, qabıqları təmizlənir. Qabıqlar suya əlavə edilib, üzərinə alma sirkəsi tökülür. 5 dəq. sonra qabıqlar sirkəli sudan çıxarılıb qurudulur. Daha sonra blenderdən keçirilib un halına gətirilir. Üzərinə limon suyu, çırpılmış yumurta ağı əlavə edilib qarışdırılır. Maska 30 dəq. cildə çəkilib ilıq su ilə yuyulur.
İnterpress.az