Tərkib:
1 kq çaytikanı dənələri
1,5 kq şəkər tozu
1 st. su
Hazırlanması:
Çaytikanı təmizlənir, üzərinə ilıq su tökülüb 15 dəqiqə saxlanır.
Suyu süzülüb qurudulur, ətçəkən maşından keçirilir.
Üzərinə şəkər tozu əlavə edilib qarışdırılır.
Qarışıq bir gün saxlanır (taxta qaşıqla ara-sıra qarışdırılır).
Şəkər tozu tam əriyəndən sonra stelizə olunmuş bankaya doldurulub ağzı qapaqla bağlanır.
Mürəbbə soyuducuda saxlanır.
İnterpress.az