Şabalıdlı mussbackend

Şabalıdlı muss

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
20 qr un
40 qr şəkər tozu
20 qr kərə yağı
20 qr qlükoza

Krem üçün:

50 qr qaymaq
50 ml qatılaşdırılmış süd
1 ədəd yumurta
1 yarpaq jelatin
2-3 ədəd şabalıd

Hazırlanması:

Əvvəlcədən yumşaldılmış yağın üzərinə şəkər tozu əlavə edilib qaşıqla qarışdırılır. Qarışığa qlükoza və un qatılır, təkrar qarışdırılır. Xəmir 30 dəq. soyuducuda saxlanır. Soyuducudan çıxarılır, yumrulanıb formaya yayılır. Xəmir 180 dərəcəyədək qızdırılmış sobada 5-7 dəqiqə bişirilir. 2-3 dəq. sonra ( lap az soyuyandan sonra) stəkanın üstünə çevrilir.

Kremin hazırlanması:

Yumurta çırpılır. Yumurtanın üzərinə qatılaşdırılımış süd əlavə edilib qarışdırılır. Jelatin əridilir. Şabalıd çərtilir, suda bişirilib qabığı təmizlənir. Yumurtalı qarışığa jelatin və şabalıd qatılıb blenderdən keçirilir. Üzərinə kənarda çalınmış qaymaq əlavə edilib qarışdırılır. Krem mətbəx torbasına doldurulur. Xəmirin içərisinə sıxılıb zövqə görə bəzədilir.

İnterpress.az