Tərkib:
150 qr spagetti
80 qr toyuq filesi
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
1 ədəd yaşıl bibər
1 ədəd acı bibər
1 ədəd baş soğan
50 qr ketçup
50 qr “Parmezan” pendiri
100 ml bitki yağı
10 qr oreqano
Duz, istiot
Sousun hazırlanması:
Soğan, bibər, toyuq filesi xırda doğranıb yağda qovrulur.
Üzərinə oreqano, ketçup, duz, istiot əlavə olunub qarışdırılır.
Pendir sürtgəcdən keçirilir. Spagetti qaynayan duzlu suda bişirilib süzülür. Üzərinə sous tökülüb pendir səpilir.
İnterpress