Tərkib:
2 ədəd pomidor
2 ədəd xiyar
6 ədəd qara zeytun
30 qr yaşıl noxud
½ dəstə kahı
1 x.q. zeytun yağı
1 x.q. limon suyu
½ ədəd acı bibər
¼ ədəd limon
½ dəstə şüyüd
Duz
Hazırlanması:
Pomidor və xiyar nazik şəkildə doğranır. Kahı əllə parçalanır, şüyüd xırda doğranır. Zeytun və bibər halqavarı doğranır. Ərzaqların üzərinə yaşıl noxud, zeytun yağı, limon suyu, duz əlavə edilib qarışdırılır. Salatın üzərinə limon dilimi qoyulub servis edilir.
İnterpress.az