Qədim Azərbaycan mətbəxinin iziylə – haminin sevdiyi küftə-bozbaşbackend

Qədim Azərbaycan mətbəxinin iziylə – haminin sevdiyi küftə-bozbaş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

500 qr yumşaq dana əti
300 qr sümüklü dana əti
2 ədəd baş soğan
1 st. noxud
50 qr yumru düyü
2 x.q. kərə yağı
8 ədəd kartof
Alça qurusu
Nanə qurusu
Sarıkök
1,5 l su
Duz, istiot

Hazırlanması:

Noxud bişirilir. Sümüklü dana əti tikələrə doğranıb suda bişirilir. Yumşaq dana əti və soğan ətçəkən maşından keçirilir. Üzərinə düyü əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Qarışıq hissələrə bölünür.Hər hissəyə alça qurusu qoyulub küftələr tutulur. Qazanda su qaynadılır.

Qədim Azərbaycan mətbəxinin iziylə - haminin sevdiyi küftə-bozbaş

Suya duz, istiot, sarıkök səpilir, kərə yağı, küftə, noxud əlavə edilib bişirilir.Küftənin düyüsü bişənə yaxın qazana bişmiş ət, bütöv kartof əlavə olunur.
Hazır küftə-bozbaşın üzərinə nanə qurusu səpilib servis edilir.

Qədim Azərbaycan mətbəxinin iziylə - haminin sevdiyi küftə-bozbaş

İnterpress.az