Tərkib:
10 ədəd çiyələk
400 ml balzamik sirkə
2 x.q. şəkər tozu
200 qr qara şokolad
Çili sousu üçün:
300 qr şəkər tozu
600 ml su
100 ml üzüm sirkəsi
5 qr çili istiotu
Nanə yarpağı
Hazırlanması:
Balzamik sirkə və şəkər tozu qarışdırılır. Orta odda yarısı buxarlana qədər qaynadılıb soyudulur. Üzərinə ¼ hissəyə bölünmüş çiyələk əlavə edilib qarışdırılır.
Sousun hazırlanması:
Şəkər tozu və su qarışdırılıb 7 dəqiqə qızılı rəng alanadək bişirilir.
Üzərinə su, sirkə, xırdalanmış çili istiotu tökülüb qarışdırılır. Şokolad əridilir. İstənilən formaya tökülüb soyudulur. Qaba marinad olunmuş çiyələk yerləşdirilir. Üzərinə isti sous gəzdirilir. Sousun qalan hissəsi kiçik qaba tökülür. Desertin üzərinə nanə yarpağı qoyulub isti sousla servis edilir.
İnterpress.az