İtaliyadan bir ləzzətbackend

İtaliyadan bir ləzzət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minestrone

Tərkib:

1 ədəd baş soğan
3 ədəd kök
1 ədəd kərəviz kökü
300 qr balqabaq
50 qr lobya (qırmızı və ya ağ)
50 qr yaşıl lobya
50 ml zeytun yağı
1 ədəd kartof
2 l su
Duz, istiot

Hazırlanması:

Kərəviz, soğan, kök xırda doğranıb yağda qızardılır. Yaşıl lobya doğranıb duzlu suda bişirilir. Axşamdan isladılmış lobya duzlu suda bişirilir. Kartof və balqabaq kubvari doğranır. Yağlanmış formaya düzülüb 180 dərəcəyədək qızdırılmış sobada qızardılır. Ərzaqlar qarışdırılıb qaynayan suya əlavə edilir, duz, istiot səpilib bişirilir.

İtaliyadan bir ləzzət

İnterpress.az