Hər birimizin maraqlı uşaqlıq xatirələri var.
O zamanlar ağacdan düzəldilmiş gəlinciklərimiz, məftildən və ya almadan düzəldilmiş “avtomobilimiz” olurdu.
Hər gün ağlımıza fərqli ideyalar gələrdi, oyuncaqlarımıza yeni bəzək-düzək vurardıq.
Bu günün terminiylə desək, bu, bizim kreativliyimiz idi.
Biz sizə böyüklərin kreativ fantaziyasıyla ərsəyə gəlmiş bəzi nümunələri təqdim edirik.
Bu nümunələrdən siz öz evinizdə, həyətinizdə istifadə edə bilərsiniz.
Məsələn, plastik su şüşələrini kəsib içində göyərti, rezin çəkmələrin içində gül əkin.
İnterpress.az