Abqora qanda xolestirinin miqdarını azaldır, təzyiqi aşağı salır. 1 stəkan suya 70 ml abqora tökülüb qarışdırılır. Bu qarışığı 40 gün içən adam hətta şəkər xəstəliyindən də qurtula bilir.
Abqora hazırlamaq üçün kal üzüm salxımları toplanır, təmizlənir, yuyulur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurulub toxmaqla əzilir. Xırda gözlü ələkdən, yaxud tənzifdən süzülüb şüşə qaba doldurulur. Kal üzümün suyu bulanıq olduğundan durulması üçün onu bir müddət saxlayır, tam durulandan sonra şüşə qablara doldurulub ağzını bərk-bərk bağlayırlar. Qora suyu qabın ağzına qədər doldurulmalıdır ki, maye acıyıb keyfiyyətini itirməsin. Sonra şüşələr günəş işığı düşən yerə düzülür və 40 gün saxlanılır. Bu müddət ərzində maye xına rəngi alır. Deməli, abroqa hazırdır. Artıq hazır qora suyu sərin yerdə saxlanılmalıdır.
Yeməklərə, xüsusilə də yağlı xörəklərə müəyyən miqdar abqora əlavə etmək onlara xüsusi dad verir.
İnterpress.az