Kərə yağında bişirilən heyva tənəffüs sistemi xəstəliklərinin, xroniki öskürəyin və bronxitin müalicəsinə kömək edir, bəlğəmi təmizləyir.
Heyva antioksidant maddələrlə zəngindir, bu faydalı xüsusiyyətinə görə onu stres və depressiyayla, xərçəng hüceyrələriylə mübarizədə yaxşı vasitə hesab edirlər. Heyva orqanizmdə gedən qocalma prosesinə qarşı da mübarizə aparır.
Heyvanın ciçəyindən və toxumlarından müalicə məqsədilə istifadə edilir. Heyva çiçəyini qaynadıb suyunu içmək ana südünü artırır, ürəyi gücləndirir, baş ağrısını kəsir.
Heyvalı tərəvəz salatı
Tərkib:
2 yarpaq kahı
1 ədəd xiyar
1 ədəd heyva
1 ədəd pomidor
2 budaq kərəviz
2 ədəd kök
1st. qatıq
Duz, istiot
Hazırlanması:
Xiyar, pomidor, kahı, kərəviz xırda doğranır.
Kök və heyva sürtgəcdən keçirilir.
Ərzaqların üzərinə qatıq, duz, istiot əlavə edilib qarışdırılır.
İnterpress.az