Tərkib:
2 l yağlı süd
2 st. qatıq
Lazım olan avadanlıq:
Təmiz qazan
2-3 qat tənzif
Süzgəc
Kəsmiyin Hazırlanma Qaydası:
Tənzifi süzgəcin üstünə açın.
Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başlayacaq. Qazanın üstünə qalxan kəsmikdir.
Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya və onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.
İnterpress.az