Xüsusilə boyun, baş və ayaq nahiyyəsində müşahidə edilən ağrılarla özünü büruzə verən xəstəlik, adətən stressli həyatı olan qadınlarda daha çox rastlanır. Memorial Antalya xəstəxanasının Ortoped və travmotoloji həkimi Murat Baloğlu fibromialgiyanın səbələri və müalicəsi haqqında məlumat vermişdir.
Ən çox qadınlarda müşahidə edilir.
Fibromialgiya bədən ağrısı, yuxu pozulması, yorğunluq, baş ağrısı, əl və ayaqlarda uyuşma kimi şikayətlərlə özünü büruzə verir. Bu xəstəliyin yaranma səbəbi dəqiq bilinməsə də, travma, spor yaralanmaları, yuxu pozğunluqu, psixoloji pozuntular kimi problemlərdən qaynaqlandığı təxmin edilir. Kişilərlə müqayisədə daha çox qadınlarda müşahidə edilən xəstəlik, hər yaş qrupunda rast gəlinməsi mümkündür. Fibromialgiya xəstəliyinin yaranmasında əsas rol oynayan faktorları bu ardıcıllıqla sıralamaq mümkündür.
Stress
Nizamsız həyat şəraiti, yorğunluq.
Həddən artıq siqaret və spirt qəbulu
Psixoloji problemlər
Uzun müddət əyləşmək və ya ayaq üstə dayanmaq
Gərgin iş şəraiti
Ağrılara 3 aydan çox davam edərsə, diqqət!
Fibromialgiya diaqnozu təyin edilərkən, xroniki ağrılar və həssas nöqtələr xüsusilə diqqətə alınır. Ona görə, orqanizmin üst və alt nahiyyəsindəki müşahidə edilən və 3 aydan artıq davam edən ağrılara biganə qalmaq yalnışdır. Mütləq müayinə olunmaq lazımdır. Çünki, bu xəstəlik müalicə olunmaz və ya səhv diaqnozla müalicə edilərsə, daha pis nəticələrə və ən təhlükəlisi isə xroniki xəstəlik halı ala bilər. Tez müraciət edilərsə, dərmanla müalicəsi mümkündür.
Yuxunuzu və qidalanmağınızı nizama salın
Fibromialgiya xəstələrini dərmanla müalicədən savayı, bəzi günlük həyat tərzlərində də dəyişikliklər etməlidirlər. Stresdən uzaq, qaydasında qidalanma və nizamlı yuxu müalicənin ən vacib açarıdır. Orqanizm dincəlməzsə, günlük adi problemlərə qarşı da xəstə gözlənilməz reaksiyalar verəcəkdir.
Müalicədə önəmli faktor idman
Fibromialgiya müalicəsində idmanla məşğul olmaq çox faydalıdır. Yorucu iş günündən sonra idman etmək, o qədər xoş səslənməsə də, ən az həftəfə 3 gün idman edilməlidir. Uzun müddətlik stol arxasında oturmaq, əzələlərə və ümumiyyətlə orqanizmə pis təsir göstərir. İdman həmin problemlərin qarşısını almaq üçün ən yaxşı üsuldur. Tək dərmanla bu xəstəliyin müalicəsindən istənilən effektin alınmayacağını, sadalanan qaydalara da dərmanlarla birlikdə riayət etmək lazım olduğunu unutmamalısınız.
Fibromialgiyadan qorunmaq üçün:
Nizamlı yatın
İdmanla məşğul olun
Sağlam və nizamlı qidalanın
Stressdən uzaq olun.
İnterpress.az