Quzu ətli düyü şorbasıbackend

Quzu ətli düyü şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
100 qr quzu əti
20 ml bitki yağı
2 ədəd kartof
1 ədəd baş soğan
1 diş sarımsaq
15 gr düyü
1 ədəd pomidor
¼ dəstə keşniş və cəfəri
100 ml toyuq bulyonu
Duz, istiot

Hazırlanması:

Kubvarı doğranmış quzu əti yağda qızardılır.
Üzərinə xırda doğranmış soğan , sarımsaq əlavə edilib qovrulur.
Qarışığa dördkünc doğranmış kartof əlavə olunur, duz,istiot səpilib 3-4 dəqiqə bişirilir.
Üzərinə toyuq bulyonu tökülüb qaynadılır.
Şorbaya düyü qatılıb bişirilir.
Hazır şorbaya xırda doğranmış göyərti səpilir, limon dilimi qoyulub servis edilir.

Quzu ətli düyü şorbası

İnterpress.az