Tərkib:
1,5 kq əncir
400 qr pomidor
1 ədəd baş soğan
2 diş sarımsaq
1 ədəd acı bibər
2 ədəd bolqar bibəri
80 qr keçi pendiri və ya kəsmik
1 x.q. zirə
1 ç.q. pul bibər
2 x.q. şəkər tozu
5-6 damcı zeytun yağı
1 dilim ağ çörək
Hazırlanması:
Əncirin qabığı soyulur.
Üzərinə baş soğan, pomidor, sarımsaq, acı və bolqar bibəri, zirə, şəkər tozu, pul bibər əlavə edilib blenderdən keçirilir.
Şorba boşqaba tökülür.
Pendir və ya kəsmik çörəyin üstünə çəkilir, üzərinə zeytun yağı damızdırılır, 120 dərəcəyədək qızdırılmış sobada 3 dəqiqə qızardılır.
Şorbanın üzərinə qızarmış çörək, dilimlənmiş əncir qoyulub servis edilir.
İnterpress.az