Fransada prezidentlərin növbəti görüşü ola bilərbackend

Fransada prezidentlərin növbəti görüşü ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tert.am” saytının verdiyi xəbərə görə, bunu Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan “Jamanak” qəzetinə açıqlamasında bildirib. “Lakin buna qədər bir sıra məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, bu görüşə kimin – prezident Fransua Olland, xarici işlər naziri Jan Mark Eyro, yoxsa Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin rəhbərlik edəcəyini dəqiqləşdirməyə ehtiyac var”.

Bununla yanaşı, K. Minasyan görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin – Sergey Lavrov və Con Kerrinin iştirak edib-etməyəcəyinin məlum olmadığını söyləyib: \”Vyanada başlanmış danışıqları davam etdirməyimiz vacibdir”.

Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentləri arasında son görüş mayın 16-da Vyanada keçirilib.

İnterpress.az