Təbrik məktubunda deyilir:
“Milli bayramınız – Respublika Günü münasibətilə zati-alinizə və sizin şəxsinizdə dost Azərbaycan xalqına və hökumətinə Çin xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək. Zati-aliləri, sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram”.
İnterpress.az