Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu cür məlumatlar əvvəllər də yayılıb:
“Biz bu tipli məlumatı ciddi qəbul etmirik. Eyni zamanda onu deyə bilərəm ki, ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur. Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir, bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir.”
Xatırladaq ki, dünən virtualaz.org saytı İŞİD terror təşkilatının yaydığı videoçarxda Allahşükür Paşazadənin təhdid edildiyini bildirmişdi. ( anspress.com )
İnterpress.az