Nişanlı qızın intihar etməsinə anası səbəb olub?backend

Nişanlı qızın intihar etməsinə anası səbəb olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a Hacıqabul Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilən məlumata görə, intihara səbəb ailə-məişət zəminində baş vermiş hadisə olub: “Qız evi istəyib ki, toy tez olsun. Amma oğlan hərbi xidmətə getmədiyindən və maddi imkanları aşağı olduğundan deyiblər ki, vəziyyət düzəlsin, toyu onda edərik. Qızın anası da deyib ki, get zəng elə, oğlana de ki, ya evlənsin, ya da nişanı qaytarırıq”.

Prokurorluqdan onu da bildiriblər ki, hazırda istintaq gedir: “Araşdırmada müəyyən olunsa ki, qızı intihara sürükləyən şəxslər var, onlar həbs olunacaq”.

Xatırladaq ki, mayın 28-də Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb. 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq davam edir.

İnterpress.az