İŞİD terror qruplaşması daha bir şəhəri ələ keçirib. Modern.az saytı xəbər verir ki, bu dəfə İŞİD silahlıları Suriyanın şimalında yerləşən Marea şəhərini tutub. Məlumata görə, terrorçular silahlı müxalifətin əsasını təşkil edən “Azad Suriya Ordusu” (ASO) adlı qruplaşmanı oradan çıxardıblar.
Qeyd edək ki, Türkiyə sərhədlərinin 10 km-də gedən şiddətli döyüşlər zamanı hər iki tərəf itki verib. ASO sıralarında 60-dan çox yaraqlı ölüb, İŞİD-in itkisi 47 nəfər təşkil edib. Dinc sakinlər arasında 29 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
İnterpress.az