“Qərb” dediyimiz aparıcı dünya dövlətlərinin, xüsusilə, ABŞ-ın müsəlman-türk aləminə, o cümlədən Azərbaycana qarşı çoxölçülü standartlarla yanaşmasına ən bariz nümunə həmin dövlətlərin Qarabağ məsələsinə münasibətidir.
Rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan, yəni işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələri respublikamızın tərkib hissəsi kimi qəbul edən bu ölkələr, digər tərəfdən, rəsmi və qeyri-rəsmi formada işğalçı Ermənistana, üstəlik, onun nəzarətində olan qondarma, separatçı “DQR” rejiminə də yardım göstərir.
İl ərzində azı bir neçə dəfə Avropa ölkələrinin, Avropa Birliyi, Avropa Şurası kimi qurumların, eləcə də də ABŞ-ı təmsil edən dövlət, parlament, mədəniyyət xadimləri, jurnalistlər və s. Azərbaycan dövlətinin bütün xəbərdarıqlarını qulaq ardına vuraraq işğal altındakı Xankəndində “rəsmi” qonaq olurlar. İndiyədək ABŞ-ın 44 ştatı “erməni soyqırımı”nı, 7 ştatı isə “DQR”-in müstəqilliyini tanıyıb.
Bu gün orta əsrlərdən bəri torpaqlarımızı işğal etmiş olan və daim ermənilərə arxa duran, Qarabağın işğalında da öz for-postu Ermənistana dəstək verən Rusiya ərazisində erməni terrorçularının və yaxud “PKK” yaraqlılarının təlim bazalarının olması haqqında hər hansı bir xəbər Azərbaycan xalqında təəccüb doğurmaz. Amma ABŞ dövləti ərazisində Türkiyə və Azərbaycana qarşı döyüşməyə hazırlanan erməni silahlı birləşmələrinin hazırlıq keçməsi barədə informasiyaların səslənməsi çaşdırıcı fakt hesab oluna bilər.
Amerika dağlarından Türkiyə və Qarabağa…
Bəli, erməni diasporuna məxsus saytlarda, eləcə də Türkiyə və Rusiyanın KİV-dəki materiallardan bəlli olur ki, hazırda ABŞ-ın dağlıq ərazilərində keçmişdə Amerika ordusunda xidmət keçmiş zabitlərin rəhbərliyi ilə “ASALA”-ya bənzər yeni bir terror qurumu təlim keçir. ABŞ-dakı erməni diasporunun təşkil etdiyi bu hərbiləşmiş təşkilat \”Amerika Erməni Legionu”, yaxud “Neo-ASALA”(“Yeni ASALA”) adlanır. Təşkilatın internet (ttp://americanarmenianlegion.com/) səhifəsində onun missiyası, quruma qəbul qaydaları haqqında məlumat verilir. Buradan xeyli bilgi və onlarla foto əldə etmək mümkündür. Lakin qurumun facebook səhifəsi olsa da, giriş məhduddur.
Erməni legionlarının tarixindən…
Erməni tarixçiləri Roma imperiyasından üzü bəri əksər imperiyaların ordularında ayrıca erməni legionları olduğunu iddia edirlər. Hətta Yerusəlimin (Qüdsün) işğalı ilə nəticələnmiş Səlib yürüşlərində iştirak etdiklərini də dilə gətirirlər. Tarixi mənbələrdən məlum olur ki, ermənilər müxtəlif iri dövlətlərin “ov tulası” qismində I və II Cahan savaşları dönəmlərində də hərbi birliklər yaradıblar.
Fransa Erməni Legionu da türklərə qarşı savaşıb…
Məsələn, 1916-cı ildə Türkiyəyə qarşı savaşan Fransa ordusunun tərkibində erməni legionu olub. Həmin qurum erməni mənşəli Misir siyasətçisi, “erməni soyqırımı”nın tanınması üçün canfəşanlıq edən Poqos Nubarın təşəbbüsü ilə yaradılmışdır. Kiprdə yerləşən erməni legionuna Osmanlı Türkiyəsində yaşayan erməniləri də cəlb etmək planlaşdırılırdı.
Britaniya, Fransa və Rusiya arasındakı gizli müqavilədə erməni legionları məsələsi…
Ermənilərin çoxüzlülüyünü, vətəndaşı olduqları dövlətə qarşı xəyanətkarlığını və “erməni soyqırımı”nın türk-müsəlman düşmənləri tərəfindən qondarıldığını isbatlayan diqqətəlayiq bir tarixi fakt da Yaxın Şərqdəki keçmiş Osmanlı torpaqlarının imperialistlərin nüfuz dairələrinə bölünməsinin əsasını qoyan, daha sonra Sevr müqaviləsinin bazasını təşkil etmiş 1916-cı ildə Böyük Britaniya, Fransa və Rusiya arasında məxfi olaraq imzalanmış Sayks-Piko müqaviləsindəki bir məqamdır. Orada deyilir:
“1. Erməni könüllüləri nə Fransada, nə də digər Avropa cəbhələrində deyil, yalnız və yalnız Asiya Türkiyəsində öz əsrlik düşmənlərinə qarşı savaşaraq torpaqlarını azad etməlidir. 2. Müttəfiqlərin qələbəsindən sonra Fransa öz idarəçiliyi altında ermənilərə muxtariyyət verəcək…”.
I Cahan savaşı zamanı Türk-İslam düşmənlərinin çağırışı ilə hətta Amerikada yaşayan ermənilər də gəmilərlə Fransaya, oradan isə Misir və Kiprdə yaradılmış hərbi düşərgələrə gəlir və Osmanlıya qarşı döyüşürdülər.
Amerikada erməni legionunun əsası 1917-ci ildə qoyulub…
Erməni mənbələrində hələ 1917-ci ildə Amerikada yaradılan erməni legionu haqqında da məlumatlar var. Nyu-York, Çikaqo, Vaşinqton və s. yerlərdən gələn ermənilər Nyu-Yorkda legiona üzv olur, Nyu-Cersi ştatında isə təlimlər keçirdilər.
2011-ci ildə MİT ABŞ-dakı erməni legionu haqqında informasiya əldə etdi
Yeni Amerika Erməni Legionu haqqında söz-söhbətlər media vasitələrində hələ 2007-ci ildən gözə dəyir. Dünyanın aparıcı KİV-lərində isə bu haqda ilk informasiyalar 2011-ci ilin 11 Sentyabr olaylarından sonra yayılmağa başladı. Birinci xəbəri Türkiyədə tanınmış yazar Abdurrahman Şimşek 19 sentyabr 2011-ci il tarixli “Sabah” qəzetində yaydı. Jurnalist Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT ABŞ-da yaradılmış erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştatın ABŞ-da ermənilərin ən çox yaşadığı yer olduğu hamıya bəllidir – S.L.) yaxınlığında qurulan xüsusi düşərgədə təlim keçirlər. “Sabah” qəzetinin Özəl İstihbarat Bölümünün əldə etdiyi bilgi və fotolardan silahlı örgütün 2011-ci ilin 11 sentyabr olaylarından bəri fəaliyyət göstərdiyi ortaya çıxır. “Legion, tam bir əsgəri nizam içində bombalı sui-qəsddən tutmuş kəskin nişancılığa(snayper), komandolukdan fonetik əlifbayadək bir çox mövzularda təlimlər keçir…” Bu barədə \”www. americanarmenianmilitia.com\” internet səhifəsində də ətraflı təhlillər təqdim olunduğu bildirilir. Fotolardan bəlli olur ki, təlimlərə kişilərə yanaşı, erməni qadınlar da qatılır…
Türkiyə XİN Ağ Evə xəbərdarlıq edib
Qəzetin yazdığına görə, 1000-ə yaxın üzvü olan Amerika Erməni Legionu Kaliforniyanın dağlıq bölgəlerində tapanca, tüfəng, snayper (kəskin nişancı) tüfənği və ağır silahlarla atəş təlimi keçən bir örgütdür. “Türkiyə ölkənin milli təhlükəsizliyini təhdiq altında qoyan legionun fəlaiyyətlərini önləmək için istihbarat əməliyyatları ve diplomatik hücumlara start verib. Milli İstihbarat Təşkilatı (MİT) örgütün çalışmaları haqqında bilgilər toplayıb. Türkiyədə gözlər yalnız “PKK”-nı izləməkdə ikən səssiz ve gizli təlim fəaliyyətləri yürütən örgütün çalışmaları da deşifrə edildi. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ rəsmilərini qeyri-qanuni fəaliyyət göstərən silahlı gruplarla bağlı xəbərdarlıq etdi. Əğər erməni silahlı qruplaşmasına qarşı qanuni tədbirlər görülməzsə, nota vermək də daxil bir sıra diplomatik addımlar gündəmə gələ bilər”.
Tələt Paşanın qatilinin fotosu fonunda dayananlar “Biz terrorçu deyilik” deyirlər…
“Sabah” qəzetini n yazarı 2011-ci ilin payızında BMT-nin tədbirində iştirak etmək üçün Amerikaya yollanacaq Baş nazir Ərdoğanın da mövzunu gündəmə gətirməsinin gözlənildiyini də vurğulayaraq belə davam edir:
“…“New-ASALA” çərçivəsində fəaliyyət göstərən erməni grupları qondarma soyqırım iddialarını davamlı olaraq gündəmə gətirmək məqsədiylə internet yayınlarında erməni şüarları yazılmış özəl təqvimlərin nəşrinədək bir sıra təbliğat işlərinə girişiblər. Bu məqsədlə 2007-ci ildə nəşr edilmiş iki ayrı təqvimdə “Daşnaksütyun” Partiyası mənsublarının da aralarında olduğu erməni yaraqlıları və tarixi şəxsiyyətlərin fotoları vardır. Nə qədər ironik olsa da, əlindən silahı düşürməyən və kamplarda komando təlimi verilen örgütün internet saytında \”Silaha ve silahlı mücadiləye qarşıyıq!\” və \”Bizlər mafiya, gangster və ya terrorçu deyilik!\” kimi sülhsevər deyimler də yer alır…” A.Şimşək bu mesajların tamamilə bir fırıldaqdan ibarət olduğunu yazır: “…Çünki saytın elə giriş səhifəsində “Kalaşnikov” avtomatla poza göstərən legion üzvlərinin fotoları gözə çarpır. “Neo-ASALA”cıların “Erməni soyqırımının memarı” adlandırdıqları Tələt Paşanın 1921-ci ildə erməni terrorçu Sogomon Tehleryan tərəfından Berlində qətlə yetirilməsini anladan bir rəsm önündə də dayanan bir legion üzvünün də fotosu diqqəti çəkir…”
Amerika Erməni Legionuna İsrail də dəstək verib?
Türkiyəli jurnalist yazır ki, “NEO-ASALA” grupları ABŞ-dan savayı Rusiya və Livanda da örgütlənir. Və ən maraqlısı, “Sabah” qəzeti 2010-cı ilin məlum “Mavi Mərmərə” böhranından sonrakı dönəmdə Türkiyə ilə münasibətləri pozulan İsrailin də “Neo-ASALA” projesini pərdə arxasından dəstəkləməsi barədə bəzi bilgilərin də olduğunu önə çəkib…
“PKK”-nın məhv ediləcəyi təqdirdə ortaya çıxarılacaq alternativ terror qurumu…
“Türk xüsusi xidmət orqanlarının araşdırmlarından bəlli olur ki, “Yeni ASALA” Türkiyənin regionda yüksələn güç olaraq önə çıxmasını istəməyən beynəlxalq aktyorları “PKK”-nın tam məhv ediləcəyi halda “B” planı çərçivəsində ortaya çıxarılacaq yeni bir terrör örgütü olaraq hazırlayırlar…
“Neo-ASALA”-nın Yaxın Şərqdə də bazaları var…
“…“Sabah” Özel İstihbarat Bölümü dövlətin istihbarat məlumatlarından Amerika Erməni Legionunun silahlı təlim bazalarının adlarını da təsbir edib. Burada asfalta bomba qoymaq, uzaqdan idarə olunmaqla istənilən obyekti partlatmaq, nişançılıq, bütün silah növlərindən istifadə etmək və əlbəyaxa döyüş kimi təlimlər verilir. Ermənilərin Yaxın Şərqdə təlim gördüyü kamplar isə bunlardır: Bourj Hamoud, Fanar, Baabda, Roumieh, Anjar, Bekaa,
Zıgorta ve Suriya…”
Qəribədir ki, “Sabah” qəzetindəki materilın nəşrindən keçən son 4 il ərzində Amerika Erməni Legionu barəsində nə rəsmi, nə qeyri-rəsmi səviyyədə önəmli xəbərlərə rast gəlinmir. Yalnız 2014-cü ildə Türkiyədəki milliyyətçi təşkilatlardan biri – Əsassız Erməni İddilarıyla Mücadilə Dərnəyi(ASİMDAR) “Neo-ASALA” barədə xəbərdarlıq etmişdi.
Amerika Erməni Legionundan yazan erməni Rusiya və Fransa tərəfindən təqib edilir?
Nəhayət, 2015-ci ilin dekabrında Rusiyanın “oxitmity” saytının erməni yazarı Vaqram Aqacanyan fəxrlə ABŞ-da yaradılan erməni legionu ilə bağlı xəbər yazdı.
Moderator.az yeni terrorçu qurum barədə yazan erməni jurnalistin kimliyi ilə də maraqlanıb. Bu həmin V.Agacanyandır ki, son illər Xankəndində nəşr olunan baş redaktoru olduğu “Tretya sila plyus”(“Üçüncü qüvvə plyus” ) qəzetində “DQR”-in separatçı rejimini sadə ermənilərə qarşı zülm etdiyinə, korrupsiyaya qurşandığına görə kəskin tənqid edir. Və bu səbəbdən 2015-ci ilin yazından rejim rəhbərliyi tərəfindən qəzeti bağlanıb, özü isə təqib və təzyiqlərə məruz qalır. O, hətta Şuşa türməsində də bir müddət yatıb. Maraqlıdır ki, erməni jurnalist müxalif mövqeli mediaya qarşı təzyiqlərin təşkilinə görə Rusiya “FSB”-ni və Fransa XİN-i daha çox qınayır. Onu da öyrəndik ki, bir neçə gün öncəki yazılarından birində “DQR”-in ləğv olunaraq işğal altındakı ərazilərimizin Ermənistana birləşdirilməsini daha uyğun görən jurnalisti mühacirətdə olan, adını çəkmədiyimiz Azərbaycan jurnalistlərindən biri də fəal müdafiə edir…
“Neo-ASALA”ya dəniz piyadaları təlim keçir…
V.Agacanyan yazır: “ABŞ-dakı ermənilərdən təşkil olunan Amerikanın Erməni Legionu (American Armenain Legion) müxtəlif növ silahlardan atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda hər biri 5 nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib…”
Bu haqda informasiyaları erməni diasporunun KİV-lərindən götürdüyünü bildirən erməni müəllif vaxtilə“erməni soyqırımı”ndan sonra müdafiə məqsədilə yaradılmış bu legionu Türkiyəyə, həmçinin, bütün türklərə qarşı unikal hərbi birlik kimi təqdim edir. Guya bu legion “ermən soyqırımı” nın təkrarlanmaması üşün yaradılıb…. “Legionun tərkibini ABŞ-dakı erməni icması müəyyən edir. Türkiyə bu legiona görə ABŞ tərəfinə narazılığını bildirib…”
ABŞ-dakı erməni legionu Azərbaycanda da terror planlaşdırıb?
Tanınmış araşdırmaçı-yazar Ənvər Börüsoy bir neçə il öncə Amerika Erməni Legionu barədəki yazısında deyir:”Həmin qruplar 2015-ci ildə \”erməni soyqırımının 100 illiyi” münasibətilə Türkiyə, İraq, Krım, Azərbaycan, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda geniş miqyaslı terrorları gündəmə gətirmək üçün hərəkətə keçəcəklər”. Yazar erməni mənbələrinə istinadla qeyd edir ki, erməni örgütləri dünyanın harasında türklərə məxsus inkişaf mərkəzləri varsa, həmin yerlərdə terror əyləmlərini törədəcəklər. “Amerika Erməni Legionu “ASALA”-nın bənzəri olaraq bu addımları atacaqdır. Ermənistan dövlətinə qarşı olan bütün ölkələrdə bu yeni örgüt özünün müqəddəs missiyasını icra edəcək…”
Legiona üzv olmaq istəyənlərə “Daşnaksütyun” arayış verməlidir…
“Amerika Erməni Legionu, sadəcə, Ermənistanı qorumaq uğrunda deyil, həm də ABŞ-ın daxili və xarici düşməni olan güclərə qarşı istənilən savaşlarda iştirak edəcəklər. İndiki məqamda erməni legionu Kaliforniya ştatında snayper qruplarını da yaradıbdır. Kiçik mobil qruplar şəklində fəaliyyət göstərəcək örgüt \”Neo-ASALA” da adlandırılır. Örgütə ən azından 17 yaşı olan erməni vətəndaşlar üzv ola bilərlər. \”Neo-ASALA”da iştirak etmək istəyən ermənilər “Daşnaksütyun” Partiyasından arayış təqdim etməlidirlər. Legiona daxil olan ermənilər xüsusi təlim mərkəzlərində əsasən 2 və ya 5 nəfərlik əməliyyat qrupları şəklində hazırlıq təlimlərini keçirlər…”
Yeni “ASALA” Rusiyada da örgütlənir
Araşdırmaçı qeyd edir ki, \”Neo- ASALA” tərəfdarları Livanın Beyrut, Rusiyanın Krasnodar və Rostov vilayətlərində yaşayan erməniləri də bu strateji hədəflər üçün səfərbər ediblər. Diaspor və iş adamlarının maliyyə dəstəyi ilə hazırlanmış xüsusi hərbi düşərgələrdə təlimlərdə erməni gənclərini Türkiyə və Azərbaycandan intiqam almaq istiqamətində zombiləşmə siyasətinin təlqin olunması proqramlarına da geniş yer verilir. ABŞ-ın Kaliforniya, Los-Anceles, Nyu-York, Virciniya, Ohayo ştatlarındakı ermənilərə məxsus mərkəzlərin apardığı təbliğatlarda bildirilir ki, bu ölkənin Orta Şərq dövlətlərində yerləşən hərbi birliklərinin tərkibində müsəlman xalqlarına qarşı əməliyyatlarda daha qəddarcasına iştirak etmək hər bir erməninin milli borcudur”.
Ermənistanda da hazırlıqlara başlanıb
Ə.Börüsoy Ermənistanın özündə də ABŞ-da formalaşan yeni terror təşkilatına dəstək vermək üçün hazırlıqlar getməsi barədə materiallar əldə edib. “…\”Sardarapat” Erməni Könüllüləri (Qarabağda ən qəddar savaşları aparmış veteranların birliyi) Təşkilatının sədri Alek Yeniqomşyan: \”Hal-hazırda keçmiş könüllü döyüşçülərin (terrorçuların) çoxunun həyat şəraiti dözülməz şəkildədir. Bizlər də \”Neo-ASALA”nın təşəbbüslərini müdafiə edirik. Əsas odur ki, erməni diasporu bizim dəstələrin maliyyə problemlərinə dəstək versinlər” tipli açıqlamalar vermişdir”.
“Melto Melkonyan” fondundan dəstək…
“ASALA”-nın Orta Şərqdəki ən böyük liderlərindən biri olmuş, Qarabağ uğrunda savaşlar dönəmində Azərbaycan Ordusu tərəfindən xüsusi əməliyyatlar nəticəsində məhv edilmiş məşhur terrorçu Melto Melkonyanın şərəfinə yaradılmış xüsusi fondun maliyyə dəstəyilə ABŞ-da fəallaşan və “Neo-ASALA” kimi qəbul edilməkdə olan \”Amerika Erməni Legionu” haqqında reportajlarla dolu olan məqalələr toplusunu və şəkil albomlarını nəşrinə başlanıldığı da vurğulanır. “Həmin yazılarda və foto albomlarda “Daşnaksütyun” Partiyası, ABŞ-dakı erməni diasporuna məxsus \”ARF”, \”AAA”, \”ANCA”, \”JCAG” və digər təşkilatların apardıqları yeni təbliğatların ideya məzmunu yer alımışdır. Digər tərəfdən, ermənilərə məxsus \”Horizon TV” və \”Asbarez” qəzetinin Neo-ASALA-nı, yəni \”Amerika Erməni Legionu”nunu təbliğ etmələri də sıradan bir olay deyil.
Ermənistan və erməni diaspor təşkilatlarının əsas informasiya və təbliğat şəbəkələri hesab edilən janfedayi.com, cilicia.com, kzv.org, khov.com, karamlan.com, kaprep.com, lvtinc.com, holyland.org, asalaonline.com, armenian.com, omaintools.com/asalaonline.com tipli internet saytları da “Neo-ASALA”-nın, \”Amerika Erməni Legionu”nunun təbliğatına başlayıblar…”
“Neo-ASALA”ya Şərqdə də dəstək verən dövlətlər hansıdır?
\”Amerika Erməni Legionu”nun yaradılmasının ideoloqlarından biri olan Movses Movsisyan qeyd edir ki, bizlər bütün dünya üçün qaranlıq bir təşkilat kimi mövcuduq. Ancaq, erməni xalqı arasında heç zaman qapalı siyasət doktrinasını qəbul etməmişik. Bizim aparacağımız intiqam siyasətini terror kimi qəbul etmək olmaz. Çünki erməni xalqı lap şeytanla da olsa, işbirliyi yaratmaqla bütün dünya türklərindən intiqam almalıdır. Bu sırada indi bizə nəinki Qərbdə, eləcə də Şərqdə də bir sıra dövlətlər dəstək verirlər…”
Ağ Ev və Pentaqon “Neo-ASALA”-ya xeyir-dua verib?
Bəs ABŞ kimi “demokratiya beşiyi” sayılan və daim qanunların aliliyinin qorunması ilə öyünən bir ölkədə “ASALA” tipli örgütlər necə fəaliyyət göstərir? Axı bunlar qeyri-qanuni silahlı birləşmələr hesab edilir. Və bildiyimizə görə, heç bir Amerika qanunu kimlərinsə sərbəst şəkildə silahlı birləşmə yaradaraq hər hansı bir ərazidə təlim keçməsinmə icazə vermir. Hətta ABŞ Konstitusiyasının 8-ci maddəsinin 1-ci hissəsində heç bir ştata dinc dövrdə hərbi birləşmələr və ya hərbi gəmilər saxlamağa izn verilmir. Bəs Ağ Ev, Pentaqon, MKİ və s. Klaforniya meşələrində erməni silahlı birləşmələrinin varlığına necə göz yumur? Heç bir mənbədə Amerika Erməni Legionunun hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyinə dair bilgiyə rastlamadıq. Burada 3 variant var:
1. Erməni diasporu xətti ilə yayılan bütün belə məlumatlar ABŞ dövləti ilə Türkiyə və Azərbaycan əlaqələrinə pəl vurmaq məqsədi daşıyan və Rusiyaya da sərf edən dezinformasiyadır.
2. Amerika Erməni Legionu həqiqətən mövcuddur. Ancaq rəsmi şəkildə ABŞ ordusu tərkibində hansısa xüsusi təyinatlı qurum kimi fəaliyyət göstərir.
3. ABŞ dövləti və Pentaqon, sadəcə, ölkə ərazisində Erməni Legionunun varlığına göz yumur. Yəni, yeni “ASALA”-ya xeyir-dua verib.Və doğrudan da bu təşkilatı xüsusən Türkiyəyə qarşı yeni təzyiq vasitəsi kimi hazırlayır….
İnanaq ki, 1-ci variant doğrudur. Yəni bunlar bir dezinformasiyadır. Ancaq öncə dediyimiz kimi, “Sabah” qəzeti Amerika Erməni Legionunun yaradılması haqqında məlumatı MİT kimi ciddi bir kəşfiyyat və təhlükəsizlik qurumundakı mənbələrə istinadla yaydığını iddia edir…
İnşallah, hadisələrin gedişi yaxın zamanlarda bir sıra həqiqətləri də ortaya çıxaracaqdır.
Sultan Laçın