Nazir xəsarət alanların səhhəti ilə maraqlanıb və müvafiq göstərişlər verib.
Qeyd olunub ki, qəza zamanı ağır bədən xəsarətləri olan 15 nəfərin müalicəsi paytaxtdakı tibb müəssisələrinin birində davam etdiriləcək.
Həmin şəxslər Bakıdan gələn təcili tibbi yardım maşınları ilə paytaxta aparılacaq.
Qeyd edək ki, ötən gün Xızıda “Hyundai” markalı mikroavtobus dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
İnterpress.az