1 həftəlik gəlinin meyiti Azərbaycana gətirildibackend

1 həftəlik gəlinin meyiti Azərbaycana gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti Azərbaycana gətirilib.

23 yaşlı gəlinin meyiti Masallı rayonunun Ərkivan qəsəbəsində baba ocağına aparılıb.

Mərhum yaxın saatlarda adıçəkilən kənddə dəfn ediləcəyi gözlənilir.

Gülnar Vəliyeva Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşüb. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.

1 həftəlik gəlinin meyiti Azərbaycana gətirildi

Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.

Əri bir həftənin gəlinini necə öldürməsindən danışdı

22 aprel səhər saatlarında Gülnar tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonuna zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.

O zamandan 23 yaşlı qadın haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.

Lakin ötən həftə gənc gəlinin həyat yoldaşı Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb.

1 həftəlik gəlinin meyiti Azərbaycana gətirildi

Gülnarın həyat yoldaşı Samir Həbibov qətli törətməsinin təfərrüatlarını danışıb. 34 yaşlı kişi bildirib ki, o, 23 yaşlı arvadını təsadüfən öldürüb:

“Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb.(ans)

İnterpress.az