Nazirlik Xızıdakı avtobus qəzası barədə açıqlama verdibackend

Nazirlik Xızıdakı avtobus qəzası barədə açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, hadisə baş verəndən sonra Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına 8 yaralı gətirilib. Onlardan 1-i ölüb, 2-si ambulator yardım aldıqdan sonra evə buraxılıb, 5-nin müalicəsi hazırda davam etdirilir.

Beş nəfərdən birinin vəziyyəti daha ağırdır.

İki yaralı Kliniki Tibbi Yardım Mərkəzindədir, onların vəziyyəti orta ağırdır.

Hazırda 9 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicələrini davam etdirir. Onların bu gün Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına gətirilməsi nəzərdə tutulur.

Səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralanan xəstələrə baş çəkmək üçün Siyəzən rayon Regional Müalicə Diaqnostika Mərkəzinə gedib.

Nazir orada xəstələrin vəziyyəti ilə tanış olub.

İnterpress.az