Təhsil Nazirliyi Xızı rayonunda olan qəza ilə bağlı məlumat yayıbbackend

Təhsil Nazirliyi Xızı rayonunda olan qəza ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində baş verən qəza ilə bağlı Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə məlumat paylaşıb:

\”Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı həlak olmuş, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb Bu hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmalarını arzu edirik. Bəzi media qurumlarını isə jurnalist etikasına uyğun olaraq hadisəni düzgün işıqlandırmağa, faktı olduğu kimi, ajiotaj yaratmadan çatdırmağa dəvət edirik\”.

Gülşanə Mustafayeva
İnterpress.az