Öldürülən gəlinin atası danışdıbackend

Öldürülən gəlinin atası danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti bu gün baba ocağına gətirilib. ANS TV-nin məlumatına görə, 23 yaşlı gəlin Masallı rayonunun Ərkivan qəsəbə qəbristanlığında torpağa tapşırılıb. Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olmuş Gülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.

Yaxınları bildirir ki, Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının \”Marşal Jukov\” prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb. Baş verən hadisə barədə danışan Gülnarın atası Samirin Gülnarı sevərək evləndiyini və institutda oxumağına mane olmadığını, amma çox qısqanc olduğunu, anası ilə əlaqə saxlamağa icazə verdiyini deyib. Atanın bildirdiyinə görə, ailənin Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbəri olmayıb. Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb.

\”Ata-anası, başladı ki, 1-ci gündən biz bilmirik, bizlik deyil. Bizim xəbərimiz yoxdur. Samir deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb. Dedim, sən onu il yarımdır tanıyırsan\”, – deyə qətlə yetirilən gəlinin atası Şücaət Vəliyev bildirib. (musavat)

 Öldürülən gəlinin atası danışdı

İnterpress.az