Şöbənin Cinayət Axtarış Bölməsinin polis kapitanı Nəbi Cəfərov uşağın həbs edilməsi faktını təsdiqləyib: “Lakin hadisə Cəlilabad rayonunda olmayıb. Həmin uşaqlar Biləsuvar rayonunda bir mağazadan ərzaq məhsulları oğurlayıblar. Onlar oğurladıqları ərzaq məhsularını gətirib Cəlilabad rayonun “İran bazarı” deyilən ərazisində satmaq istəyərkən yaxalanıblar”.
N.Cəfərov qeyd edib ki, hazırda faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində cinayət işi açılıv və araşdırma gedir: “Müstəntiq həmin uşaqları hadisə yerinə gətirib. Uşaqlar satdıqları ərzaq məhsullarını kimə verdiklərini maddi sübut olaraq göstəriblər”.
Qeyd edək ki, yayılan məlumatlarda uşaqların “İran bazarı” adlı yerdən çörək və qənd oğurladıqları üçün saxlanıldıqları bildirilir. (AzNews.az)
İnterpress.az