Təqaüddən məhrum edilən tələbələrin- SİYAHISIbackend

Təqaüddən məhrum edilən tələbələrin- SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyindən verilən açıqlamada bildirilir ki, I semestr imtahanından sonra yeni qaydalar bütün ödənişli və ödənişsiz əsaslarla oxuyan tələbələrə şamil edilir.

Təbii ki, yalnız yaxşı nəticə göstərən tələbələr təqaüd ala biləcəklər.

Universitetlərdə ödənişli əsasla oxuyub təqaüd alan və təqaüddən məhrum olan tələbələrin sayını öyrənmək üçün bəzi ali təhsil müəssisələri ilə əlaqə saxladıq.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, ödənişli əsaslarla oxuyub təqaüd alan 762 tələbə var. Dövlət hesabına oxuyan 745 tələbə isə təqaüddən məhrum edilib.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova qeyd edib ki, onlarda ödənişli əsaslarla oxuyan 523 tələbə təqaüd alır. Dövlət hesabına oxuyan 523 tələbə isə təqaüddən məhrum edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlı bildirib ki, ödənişli əsaslarla oxuyan 620 tələbə təqaüd alırsa, ödənişsiz əsaslarla oxuyan bir o qədər tələbə də təqaüddən məhrum edilib.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev qeyd edib ki, 574 tələb təqaüd alır.

Bakı Dövlət Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov bildirib ki, ümumilikdə 9300 tələbə təqaüd alır. BDU-da ödənişli əsaslarla oxuyub təqaüd alan 2000 tələbə var. Valideyn himayəsindən məhrum olmuş 57 tələbəyə də heç bir şərt olmadan təqaüd verilir.

Azərbaycan Dövlət İqtisad Universitetindən bildiriblər ki, ödənişli əsaslarla oxuyan 1500 tələbə təqaüd alır, dövlət hesabına oxuyan tələbələrdən 1000 nəfəri təqaüddən məhrum olunub.

Azərbaycan Universitetinin mətbuat xidmətinin rəhbəri Lalə Dilanova qeyd edib ki, Azərbaycan Universitetinin 14 tələbəsinə yaz semestrində universitetin öz büdcəsindən maliyyələşən “Daxili təqaüd proqramı” çərçivəsində aylıq 200 manat təqaüd təyin edib. Onlardan 3 nəfəri həm də dövlət təqaüdçüsüdür və aylıq təqaüdlərinin miqdarını 295 manata çatdırıblar. Ümumilikdə isə 2015/2016-cı tədris ilinin yaz semestrinin ayları ərzində proqramdan 64 tələbə faydalanır.(modern.az)

İnterpress.az