Bakıda 2350 uşaq müsabiqə ilə I sinfə qəbul edilibbackend

Bakıda 2350 uşaq müsabiqə ilə I sinfə qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyindən verilən məlumata görə, istedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində I sinfə qəbul müsabiqə əsasında təşkil olunub.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4 449 nəfər müraciət edib.

15 aprel-15 may 2016-cı il tarixlərində bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən təşkil edilmiş müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1206 nəfər isə rus bölməsinə qəbul olunub.

Müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və \”Ankara məktəbi\” məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.(Modern.az)

İnterpress.az