İspaniyanın Sevilya şəhərinin hava limanında 34 yaşlı rumıniyalı sirk ustası həyat yoldaşını boğaraq öldürüb.
Xarici mediayanın yaydığı məlumata görə, ilkin ehtimala gğrə, buna səbəb sevgililər arasında mübahisə İtaliyaya uçan təyyarəyə gecikmələri olub.
Mübahisənin hava limanının avtomobil dayancağında qızışdığı bildirilir. Milliyyətcə rumın olan 32 yaşlı qadının meyiti də elə orada açkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən kişi polisə özü təslim olub.
2015-ci il oktyabrın 18-də İstanbulda təyyarəyə gecikən britaniyalı qadın özünü öldürmüşdü.
İnterpress.az