Almaniya qondarma erməni soyqırımını tanıdıbackend

Almaniya qondarma erməni soyqırımını tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən bildirir ki, Baş nazir Merkel, köməkçisi və xarici işlər nazirinin qatılmadığı səsvermənin nəticələri dəqiqələr sonra bəlli olacaq.

Ölkədəki erməni cəmiyyətinin nümayəndələri və dini liderlərinin də izlədiyi iclasda layihənin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, layihə “1915 və 1916-ci illərdə Osmanlı İmperiyasında ermənilərə və digər xristian azlıqlara tətbiq olunan qondarma “soyqırım”ın xatırlanması və anılması” məqsədini, eyni zamanda, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması və iki xalq arasında barışıq prosesini sürətləndirməyi dəstəkləməyə çağırır.

Səsvermə başa çatıb və sözügedən qanun layihəsi qəbul edilib.

İnterpress.az