Rəsmi Bakıdan Almaniyaya sərt REAKSİYAbackend

Rəsmi Bakıdan Almaniyaya sərt REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Almaniya parlamenti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına göz yumub. Bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən \”erməni soyqırımı\” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir”,-deyə o əlavə edib.

XİN rəsmisi qeyd edib ki, bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.

Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Artıq Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu geri çağırılıb.

Məsələ ilə bağlı Keniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O, Almaniyanın addımının ikitərəfli əlaqələrə ciddi təsir edəcəyini bəyan edib.

Interpress.az