İyunun ayının 1-dən etibarən \”Formula-1\” Avropa Qran Pri yarışları ilə əlaqədər olaraq bizim heyətimiz iki postda növbə çəkir.
Çünki artıq hazırlıq işlərinə başlanılıb. Ayın 10-dan etibarən Bakı şəhərində qonaqların olduğu zamanda Olimpiya Kəndində həkim briqada heyəti yerləşdiriləcək.
Bunu İnterpress.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Baş həkimin sözlərinə görə, iyunun ayının 13-dən etibarən isə tam heyətə qrafik üzrə növbəçilik tərtib olunacaq. 12-13 həkim briqadası tras, 6 həkim briqadası isə gələn qonaqlar və izləyicilərə yardım göstərmək üçün nəzərdə tutulub.
9 həkim heyəti məntəqələrdə – həmin tədbir yerində iştirakçılara və gələn qonaqlara yardım göstərəcək.
Bundan əlavə, Dəniz Vağzalının yaxınlığında bütün avadınlıqlarla və dərmanlarla təmin olunan böyük və xüsusi məntəqə də xidmət göstərəcək. Digər tərəfdəndə Nefçilər Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, Bakı Sağlamlıq Mərkəzi kimi tibb müəssisələri zəruri hallarda yardım göstərmək üçün nəzərdə tutulub.
Gülşanə Mustafayeva
İnterpress.az