Prezident Nazim İbrahimovun fəaliyyətindən narazılıq etdibackend

Prezident Nazim İbrahimovun fəaliyyətindən narazılıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Diaspora təşkilatlarının internet saytları olmalıdır. Elə olarsa, Azərbaycanla bağlı məlumatları xarici vətəndaşlar da oxuya biləcək. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq”.

Bu sözləri prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edərkən deyib. İ.Əliyev diasporumuzun xarici media orqanları ilə əlaqələrinin yaxşı təşkil olunmadığını deyib. O bildirib ki, diaspora təşkilatları xaricdə Azərbaycan dilində qəzetlər nəşr etməlidir.

Prezident qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır.

“Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər”.

İ.Əliyev deyib ki, erməni diasporu o zamanlar dünyada Azərbaycanın zəif olmasından, müstəqilliyin ilk illərindən istifadə edərək çox çirkin kampaniya aparılmasına başlayıb. Azərbaycanı qaralamağa, anti-demokratik ölkə kimi təqdim etməyə, Ermənistanı yazıq, “blokada şəraitində olan ölkə” kimi təqdim etməyə çalışıb.

“Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, Amerika konqresi “Azadlığa dəstək” aktına düzəliş qəbul edir ki, Azərbaycan birbaşa Amerika dövlətinin yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng, riyakar qətnamə, bəlkə, heç bir parlament görməyib. Nəyə görə bu baş verib? Ona görə ki, erməni lobbisinə məxsus olan satqın, rüşvətxor konqresmenlər, hansılar ki, hələ də davam edir bu çirkin missiyanı… Bax belə bir yalanı ortaya atıblar”.

Onun sözlərinə görə, o vaxt Azərbaycanın diasporu olmayıb, ölkəni idarə edənlər də bilmirdilər ki, idarəçilik nədir. Ona görə də ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsi başladı. “İndi bu düzəliş qüvvədədir. Bu gün bu düzəlişi aradan götürmək üçün böyük səylər göstərilməlidir. Birinci mərhələdə biz, doğrudan da, böyük səylər göstərirdik, sonra isə qərara gəldik ki, buna ehtiyac yoxdur. Bu göstərişin heç bir mənası yoxdur. Biz heç kimin yardımından asılı deyilik. Möhkəm ayaqda dayanmışıq. Özümüz kimə lazımdırsa, yardım göstərə bilərik”. (bizimxeber.az)

İnterpress.az