AzNews.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 23 yaşlı gürcü “qanuni oğru” Revaz Ubilavadır. Kriminal aləmdə daha çox Reziko Cvarski ləqəbi ilə tanınan ən gənc “qanuni oğru”nun Ukrayna ərazisində qeyri-qanuni olduğu üçün saxlanıldığı bildirilir. Yaxın zamanda deportasiya olunacaq Revaz Ukrayna ərazisində təxminən yarım aydır ki, olduğunu deyib.
Qeyd edək ki, səfərləri zamanı “qanuni oğru”nu həyat yoldaşı müşayiət edir.
Xatırladaq ki, Reziko Cvarski 2014-cü ilin avqustunda Merab Suxumski tərəfindən “taclandırılıb”. “Taclandırılma” Türkiyədə həyata keçirilib. Bundan öncə də Ukrayna ərazindən deportasiya edilən “qanuni oğru”ya 5 il müddətində Ukrayna ərazisinə daxil olmaq qadağan edilmişdi.
İnterpress.az