Hazırda paytaxta Dünya Azərbaycanlılarının IV qurultayı öz işini davam etdirir.
İnterpress.az-ın verdiyi xəbərə görə, bu gün qurultayda çıxış edən Azəri-Türk Qadınlar Qrumunun başkanı Tənzilə Rüstəmxanlı çox ciddi bir mövzuya toxunub. O, Azərbaycan xalqını sosial şəbəkələrdə prezident İlham Əliyevə dəstək olmağa çağırıb: “Dünən prezidentimiz möhtəşəm bir çıxış elədi. O, aprel qalibiyyətmizdən danışdı. Mən isə başqa məqama toxunaq istəyirəm. Hamımızın əlində telefon var. Hamımız telefonla rahat şəkildə, oturduğumuz yerdə belə istədiyimiz kimi işləyirik. Mənim diqqətimi neçə aylardır bir məsələ məşğul edir. 50 milyonluq ir xalqın prezidentinin twitter-də cəmi 213 min təqibçisi var.
Ərdoğan 80 milyonluq Türkiyənin prezidentidir. Onun 8 milyon yarım təqibçisi var. Biz prezidentimizin arxasında 213 min kişi təqibçi ilə dayanmalı deyilik. Biz prezidentimizi 50 milyonla təqib etməliyik. Çünki prezidentimizin bütün rəsmi görüşləri, siyasi baxışları, gündəmlə bağlı statusları bu twitter səhifəsində paylaşılır”.
İnterpress.az