İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili ilə “İsuzu” markalı sərnişin avtobusu toqquşub.
Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib, məlum olub ki, “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Cebhe.info