Bu gün Salyan rayonu, Şirvan Dövlət Qoruğunun ərazisində 2 ha sahədə kol-kos yanıb.
İnterpress.az- ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı istirahət mərkəzi yanğından mühafizə olunub.
Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.