Rusiya Xəzərdən raket atmasın – Con Kerribackend

Rusiya Xəzərdən raket atmasın – Con Kerri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UKRİNFORM-un yaydığı məlumata görə, C. Kerri Ulan-Batorda gənc liderlərlə görüşdə deyib ki, əks halda Rusiyanın perspektivi yoxdur.

Rusiyada enerji və yeni texnologiyalar sahəsinə qoymaq üçün böyük investisiyalar olmadığını vurğulayan ABŞ dövlət katibi bildirib ki, Rusiyanın təxribatları, Ukraynada fəaliyyəti səbəbindən real iqtisadiyyatı zəifləyir: “Rusiya nümayiş etdirə bilər ki, havaya təyyarələr qaldırmaqla və Xəzər dənizindən raket atmaqla insanları bombalaya bilər. Ancaq bu, insanlara iş yeri yaratmır. Rusiya hakimiyyətinin hazırkı fəaliyyəti ölkənin uzun perspektivdə dünya bazarında rəqabət aparmaq üçün mövqeyini gücləndirmir”. (apa)

İnterpress.az