İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 9-a təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan T. Alışov isə apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.
2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub. (APA)