İnterpress.az xəbər verir ki, hadisə Şamaxıda baş verib. Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan \”Yoxlama\” verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.
Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb.
Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar \”Yoxlama\”çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.
Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davam edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.
Həmin anların görüntülərini təqdim edirik:https://youtube.com/watch?v=3nu82LDIMgYhttps://youtube.com/watch?v=WJhVmXOJcqo