Agentlikdən virtualaz.org-a verilən məlumata görə, 5 iyun tarixində 4 ev və həyətyanı sahə, 6 otlaq sahəsi, 1 əkin sahəsi və 1 çay sahilində 14 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 3 ədəd 9M22U (Qrad) raketinin mühərrik hissəsi) və 1 ədəd TM-62M tank əleyhinə mina aşkar olunaraq götürülüb və gün ərzində 33 640 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Şıxarx kəndi – 2 ev və həyətyanı sahəyə, 2 otlaq sahəsinə, ümumilikdə 4 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 37 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi)
Cəmilli kəndi – 1 əkin və 1 otlaq sahəsində ümumilikdə 6 partlayış yerinə baxış keçirilmiş və 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 2 ev və həyatyanı sahə, 3 otlaq sahəsi və 1 əkin sahəsində ümumilikdə 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb və nəticə etibarilə 28 000 kv. m ərazi təmizlənib.
Ağdam rayonu
Qaradağlı kəndi – 2 ev və həyatyanı sahə 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və 1 ədəd 122 mm-lik top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.
Cəmi: 2 ev və həyatyanı sahə 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd artlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və 1 ədəd top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 140 kv. m ərazi yoxlanılıb.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib, nəticə etibarı ilə 1 140 kv. m ərazi təmizlənib.
Ağcabədi rayonu
Yuxarı Qiyaməddinli kəndi – Qar-Qar çayının sahilində 1 ədəd TM-62M tank əleyhinə mina aşkar olunub, minanın daşınması mümkün olmadığı üçün 06.06.2016-cı il tarixində yerində partladılması nəzərdə tutulur. Nəticə etibarı ilə aşkar olunmuş minanın ətrafındakı 3 000 kv. m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi)
Cəmi: Qar-Qar çayının sahilində 1 ədəd TM-62M tank əleyhinə mina aşkar olunub, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 05 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 577 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 498 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. (musavat)
İnterpress.az