Masallıda qeyri-adi oğurluq : ‘Özü toya gedib, oğrunu evinə göndərdi’ – VİDEObackend

Masallıda qeyri-adi oğurluq : ‘Özü toya gedib, oğrunu evinə göndərdi’ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda polisi evindən oğurluq edildiyini iddia edən şəxsi ifşa edib. Belə ki, bu il mayın 16-da Masallı şəhər Qarabağ küçəsində yaşayan 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının və 5 min manat pulun oğurlandığını bildirib.

CTV (Region TV) xəbər verir ki, polisin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğun ev sahibinin köməyi ilə həyata keçirildiyi müəyyənləşib. Şübhəli şəxs qismində ev sahibinin dostu 48 yaşlı Əli Baratxan oğlu Şahbazov saxlanılıb.

İstintaqın gedişində hər iki şəxsin əlbir olaraq bu hadisəni törətdikləri, İsmət Şükürovun mənzilinin açarını Əliyə verdiyi təsdiqini tapıb. Məlum olub ki, ailəli və iki övlad sahibi olan İsmət Şükürov mayın 16-da ailəsi ilə birgə toy mərasimində iştirak edib. Oğurluq hadisəsi də ailə toyda olan vaxt törədilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. (musavat)

İnterpress.azhttps://youtube.com/watch?v=oUbjduC85C0